Azərbaycan son illərdə sürətlə inkişaf edən startup mədəniyyəti formalaşmışdır. 2000-ci illərin əvvəllərindən başlayaraq ölkədə startupların təşviqi və dəstəklənməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Ölkənin gənc əhalisinin enerjisi və yaradıcılığı Azərbaycanın startup ekosistemini formalaşdıran əsas elementlərdən biridir.
Ölkədəki universitetlər və təhsil müəssisələri tərəfindən startup proqramlarına verilən önəm gənc istedadların startup dünyasına daha yaxşı hazırlaşmasını təmin edib. Bundan əlavə, sahibkarlıqla bağlı tədbirlər, müsabiqələr və tədbirlər vasitəsilə gənc sahibkarlara imkanlar təklif olunur.
Azərbaycan hökuməti startup ekosistemini inkişaf etdirmək və ölkənin davamlı inkişafına töhfə vermək üçün bir sıra strategiyalar hazırlayıb. Bu strategiyalara vergi üstünlükləri, maliyyə stimulları, təlim proqramları və startup ekosistemini yaradan infrastruktur dəstəkləri daxildir.
Bu strategiyalara paralel olaraq, özəl sektor inkubasiya mərkəzləri, mentorluq proqramları və investisiya fondları kimi mexanizmlər vasitəsilə gənclərə dəstək verir. Böyük şirkətlər gənc sahibkarlara mentorluq və əməkdaşlıq imkanları təqdim etməklə ekosistemi gücləndirir və innovasiyaları təşviq edirlər.
Azərbaycanda startupekosistemi bir sıra investorlar və dəstəkləyici təşkilatlar tərəfindən gücləndirilir. İnvestorlar maliyyə dəstəyi göstərməklə yerli müəssisələrin böyüməsinə töhfə verirlər. Bu investorlar tez-tez sahibkarlara təkcə maliyyə dəstəyi deyil, həm də biznesin inkişafı, marketinq və strateji planlaşdırma üzrə təlimatlar təklif edirlər.
Dəstək təşkilatları inkubasiya mərkəzləri, startuptəlimləri və şəbəkələşmə tədbirləri təşkil etməklə sahibkarlara öz bacarıqlarını inkişaf etdirməyə kömək edir. Bu təşkilatlar sahibkarlar arasında əməkdaşlığı və bilik mübadiləsini təşviq edir və bununla da ekosistemi daha möhkəm edir.
Bu amillər bir araya gəldikdə, Azərbaycanın startupekosistemi həm yerli, həm də beynəlxalq miqyasda diqqətəlayiq potensiala malikdir.
Nextsale, Müştərilərlə Əlaqələrin İdarə Edilməsi (CRM) və satışların avtomatlaşdırılması platforması kimi seçilən startapdır. O, bizneslərə müştərilərlə qarşılıqlı əlaqəni daha effektiv idarə etməyə kömək etmək üçün nəzərdə tutulub.
Startup məlumatları:
“Eleven Kings” 2017-ci ildə azərbaycanlı startapçılar tərəfindən yaradılan, 2020-ci ildə İsveçrədə şirkətləşən mobil oyun şirkətidir. Şirkətin “Eleven Kings – Football Manager” adlı oyunu bir ildən artıqdır istifadəyə verilib. İstifadəçi mobil tətbiqi yükləyib, oyuna daxil olduqda virtual olaraq futbol klubunun baş məşqçisi və sahibinə çevrilir. O, futbolçuları, stadionu, mağazaları, maliyyə, idarəetmə və s. prosesləri tənzimləməklə Qlobal və Lokal Reytinqdə irəliləməyə cəhd edir, müxtəlif turnirlərə qoşulub virtual və ya real hədiyyələr qazanır, öz menecerlik bacarıqlarını göstərir.
Startup məlumatları:
Planly müxtəlif sosial media paylaşımlarını vahid bir mərkəzdən idarə etmək və bu paylaşımları daha öncədən planlamağa kömək etmək üçün hazırlanmış bir platformadır. Həmçinin bu platforma sosial media platformalarının analitikasını da istifadəçilərə təqdim edir.
Uvodo onlayn sahibkarlar üçün bizneslərini asanlıqla onlayn qurmaq və qazancları əngəlsiz idarə etmək üçün ekosistem qurmağı hədəfləyir.
Runner Azərbaycanda innovativ bağlama çatdırılması xidməti təklif edən ilk şirkətdir. Bu şirkət müasir texnoloji alətlər vasitəsilə həm korporativ müştərilər, həm də fiziki şəxslər üçün eyni gündə çatdırılma təmin edirlər.
Whelp şirkətlərə müştəriləri ilə daha effektiv və səmərəli ünsiyyət qurmağa kömək edir. Bu starupın müştəri dəstəyi platforması bizneslərə SMS, səs, WhatsApp, WeChat, Messenger, e-poçt və canlı söhbət daxil olmaqla bir çox ünsiyyət kanallarında müştərilərlə asanlıqla əlaqə saxlamağa imkan verir. Süni intellektə əsaslanan chatbotla şirkətlər müştəri sorğularının 60%-ə qədərini avtomatlaşdıra bilərlər. Bundan əlavə, müştəri idarəetmə platforması birdən çox kanaldan mesajlaşmanı vahid ekranda birləşdirən xüsusiyyətlərlə zəngin interfeys təklif edir.
Vizam.az dünyanın istənilən ölkəsinə səyahət, təhsil və iş vizalarının alınması üçün sənədlərin hazırlanmasına kömək edən onlayn platformadır. Bu şirkət sizə viza alınmasında maksimum yardım edir və müştərilərin prosesə cəlb olunmasını minimuma endirir.
Tripsome starup-nın missiyası daha çox insanın sevinc dolu anlar yaratmasına, onları unudulmaz xatirələrə çevirməsinə təşviq etməkdir. İstər öz şəhərinizdə heç vaxt etmədiyiniz bir şey, istərsə də uzaq macəra olsun, önəmli olan sevincin və xoşbəxtliyin harada olduğu deyil, onun sizdə oyatdığı hisslərdir. Buna görə də bu platforma müxtəlif maraqlı və əyləncəli məşğuliyyətləri bir araya toplayaraq istifadəçilərə təqdim edir.
Clopos startup-nın məqsədi biznes idarəetməsini dadlı pizzaya baxarkən iştahanın artması qədər asan və sürətli etməkdir. Artıq 5 ildir ki, POS həlləri sayəsində bizneslər idarəetmələrini rahatlaşdıraraq xidmət səviyyələrini yüksəldir. Təkcə Azərbaycanda deyil, həm də Türkiyə, Qazaxıstan və Səudiyyə Ərəbistanı kimi ölkələrdə də Clopos həllərindən istifadə edilir. İstər kiçik bir mağaza, istərsə də çoxfiliallı restoran olsun, Clopos bizneslərin işini daha da rahatlaşdırmaq üçün çalışır.
Plustechfy həm plastik təkrar emal maşınları (ekstruderlər), həm də 3D çapı daha əlçatan edən filamentlər istehsal edərək plastik tullantıları azaldan innovativ startapdır.
PayRiff onlayn biznesiniz üçün asan inteqrasiya vasitələri və kompleks inteqrasiya imkanları təqdim edir. İstifadəçi panelində əməliyyatlarınızı onlayn izləyə, köçürmələrinizi 3D Secure və PCI-DSS tələblərinə uyğun olaraq həyata keçirə bilərsiniz.
Bu startup sizin üçün bütün bankların kredit və kart təkliflərini bir araya toplayır. Müştərilər banka getmədən bankların təkliflərini müqaisə edə və özlərinə uyğun olanı seçə bilərlər. Həmçinin, kredit və kart sifarişlərini də banka getmədən online bu sayt vasitəsilə edə bilərlər.
Bir cavab buraxın