SEO Auditi Xidməti

SEO Auditi Xidməti

Veb-saytınızı Google-un Birinci Səhifəsinə çıxarın!

Rəqəmsal dünyada uğur daha çox potensial müştərilərinizin sizi axtararkən biznesinizi tapmasından asılıdır. Ancaq veb-saytınız axtarış nəticələrinin dərinliklərində itərsə, bu uğur xəyal olacaqdır. SEO Audit xidməti ilə veb-saytınızın ön sıralarda olmağına və uğurlu biznes nəticələrinə nail olmaq üçün lazım olan bütün məlumatları əldə edin.

SEO Auditi Xidməti Nədir?

SEO auditi, vebsaytınızın sağlamlığının axtarış mühərrikləri baxımından dərin təhlilidir. Vebsaytınızın axtarış motorlarındakı reytinqinə təsir edən bir çox aspektin araşdırılmasını əhatə edən sistemli bir prosesdir. Tam bir SEO auditi aşağıdakıları əhatə edəcəkdir:

Ətraflı Veb-sayt Analizi

Mütəxəssis komandamız veb saytınızı hərtərəfli araşdırır və texniki SEO səhvlərini, məzmun çatışmazlıqlarını və backlinklərinizi təhlil edir. Beləliklə, biz veb saytınızın axtarış motorunun performansına təsir edən bütün amilləri müəyyən edirik.

Texniki SEO

Axtarış motorlarının asanlıqla yoxlaya biləmsi və məzmununuzu indeksləşdirə bilmələrini təmin etmək üçün bir veb-saytın arxasındakı kod və strukturunun təhlili önəmlidir. Buraya daxildir:

  • Veb-saytın sürəti: Saytınızın nə qədər gec yüklənməsi – yəni yavaş yüklənmə sürəti reytinqlərinizə zərər verir.
  • Mobil uyğunluq: Kiçik ekranlarda saytınızın görünüşünün optimallaşdırılması lazımdır, çünki mobil axtarışlar indi üstünlük təşkil edir.
  • İndeksləşmə: Axtarış motorlarının bütün vacib səhifələrinizi tapa və indexləməsi vacibdir.

On-page SEO

Birbaşa veb səhifələrinizdə daha yüksək reytinqlərə imkan verən elementlərin araşdırılması:

  • Açar sözlər: Səhifə başlıqlarında, məzmununda və meta təsvirlərində aidiyyəti açar sözlərin tədqiq olunması və yerləşdirilməsi.
  • Məzmunun optimallaşdırılması: İstifadəçilərin axtardığı ilə uyğunlaşan yüksək keyfiyyətli, informativ məzmun yaratmaq.
  • Daxili keçidlər: Naviqasiyanı və məzmun aşkarlanmasını artırmaq üçün veb-saytınızdakı müvafiq səhifələri linklərlə əlaqələndirmək.

Off-page SEO

Saytınızın gücünə və reytinqlərinə təsir edən xarici faktorların araşdırılmasını əhatə

  • Backlinklər: Veb-saytınıza backlink verən digər saytların keyfiyyətini və sayını təhlil etmək vacibdir, çünki bunlar axtarış motorlarının gözündə “güvənirlilikdir” deməkdir.

Məqsəd Yönümlü Strategiya

SEO Auditinin nəticəsi olaraq biznes məqsədlərinizi və sahənizi nəzərə alaraq sizin üçün fərdiləşdirilmiş SEO strategiyası yaradırıq. Bu strategiya veb-saytınızın axtarış motorlarında daha yüksək yer tutmasına və orqanik trafikinizi artırmağa kömək edir.

Effektiv Rəqib Araşdırması

Rəqiblərinizin SEO strategiyalarını təhlil edərək sizi irəli aparacaq imkanları müəyyən edirik. Rəqiblərinizin güclü və zəif tərəflərini tapmaqla sizə üstünlük əldə etməkdə kömək edəcəyik.

Hesabat

Biz sizə SEO performansınız haqqında ətraflı hesabatlar təqdim edirik. Bu hesabatlar sayəsində siz veb-saytınızın mövcud vəziyyətini görə bilərsiniz.

SEO Audit Xidməti ilə Nə Qazanırsınız?

Daha çox ziyarətçi

Veb-saytınızın axtarış sistemlərində daha yüksək yer tutması daha çox istifadəçinin sizinlə əlaqə saxlamasına imkan verir. SEO auditindən sonra yeni strategiya ilə siz potensial müştəri sayını genişləndirərək satışlarınızı və dövriyyənizi artıra bilərsiniz.

Artan Brend Tanınırlığı

Bu audit ilə veb-saytınızın rəqəmsal mühitdə daha görünən olması üçün nələr etməli olduğunuzu biləcəksiniz. Bu şəkildə marka tanınırlığınızı artıra bilərsiniz.

Rəqabət üstünlüyü əldə edin

Rəqiblərinizi qabaqlamaq üçün SEO işlərinə sərmayə qoymaq çox vacibdir. SEO Audit Xidməti ilə veb-saytınızı  necə optimallaşdıraraq rəqəmsal mühitdə layiqli yerinizi tuta və rəqiblərinizi geridə qoya biləcəyiniizi öyrənəcəksiniz.

Niyə SEO Audit Xidmətimizi Seçməlisiniz?

  1. Təcrübəli Komanda: SEO sahəsində təcrübəli və ekspert komandamız veb-saytınızın axtarış sistemlərinin performansını artırmaq üçün sizinlə işləyəcək.
  2. Geniş Portfolio: Geniş portfolioya sahib komandamız bu günə qədər bir çox fərqli sənayedə müştərilərimizə üstün SEO xidməti təqdim etmişdir.
  3. Şəffaf İş: Biz sizə müntəzəm hesabatlar təqdim etməklə işimizin şəffaflığına zəmanət veririk.
  4. Nəticə yönümlü yanaşma: Biz işimizin uğurunu sizin uğurunuz kimi görürük. Buna görə də bütün səylərimiz hədəflərinizə çatmağınıza kömək etməkdir.

Vebsaytınızı optimallaşdırmaqda və rəqəmsal marketinq hədəflərinizə çatmaqda biz sizə necə kömək edə biləcəyimiz haqqında daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlamaqdan çəkinməyin.