02
Plus
Layihə, elan və ya tədbir üçün strukturlaşdırılmış dəstək
"Plus" paketi konkret layihə, hesabat, məhsul, kampaniya, tədbir və ya ictimai təşəbbüs ətrafında daha planlı kommunikasiya üçün uyğundur. Bu formatda hədəf auditoriya, əsas mesajlar, materialların hazırlanması, media üçün uyğunlaşdırma, yayım və işin nəticələrinin qısa hesabatı bir proses kimi qurulur.
Paket üzrə əlaqə saxla →Bu paket nəyi əhatə edə bilər
- Hədəf auditoriyanın dəqiqləşdirilməsi
- Açar mesajların hazırlanması
- Bir neçə kommunikasiya materialı
- Media üçün adaptasiya və yayım
- Nəticələr üzrə hesabat
Tədbirlər bu paketdə necə nəzərə alınır
Tədbirlər üçün Plus yerli və ya kiçik formatlı tədbirin press-dəvətləri, gündəlik mətni, ilkin elanları, media ilə əlaqəsi və tədbirdən sonrakı kontenti əhatə edə bilər.