Qərbi və Mərkəzi Avropa
Qərbi Avropa istiqamətində kommunikasiya daha çox institusional etimad, biznes nüfuzu, ticarət əlaqələri, dayanıqlılıq, texnologiya, maliyyə, hüquqi və tənzimləyici mühitlə bağlı mövzular üçün aktualdır. Bu region üzrə kontentin yayımı media qurumları, sahəvi nəşrlər, ekspert platformaları və digər kommunikasiya kanalları vasitəsilə təşkil oluna bilər. Materialların hazırlanması zamanı faktlara əsaslanan təqdimat, dəqiq terminologiya, lokal kontekst və Avropa auditoriyasının informasiya gözləntiləri nəzərə alınır. Bundan əlavə, bu regional istiqamətdə materialların ayrı-ayrı ölkələrin dillərində hazırlanmalı olması şərti nəzərə alınır.