Google ADS nədir?
Rəqəmsal dünyada varlığınızı hiss etdirmək və potensial müştərilərinizə çatmaq istəyirsinizsə, Google Ads kampaniyaları mütləq istifadə etməli olduğunuz vasitələrdən biridir. Bu platforma sayəsində siz biznesinizi axtaran insanlara tam olaraq axtardıqları anda çata, marka tanınırlığını və satışlarınızı artıra bilərsiniz.
Beləliklə, Google Ads kampaniyalarını necə yaratmaq və onlardan ən yaxşı şəkildə necə istifadə etmək olar? Bu yazıda biz sıfırdan uğurlu Google Ads kampaniyaları yaratmaq üçün sizə lazım olan hər şeyi izah edəcəyik. Gəlin başlayaq!
Google Ads Kampaniyaları nə üçün istifadə olunur?
Google Ads Google tərəfindən təklif olunan bir reklam platformasıdır. Bu platforma sayəsində veb saytınıza və ya biznesinizə trafik çəkmək üçün müxtəlif növ reklamlar yarada bilərsiniz. Reklamlarınız Google axtarış nəticələrində, YouTube videolarında, Gmail və vebsaytlarda görünə bilər.
Google Ads kampaniyaları ilə siz:
- Ziyarətçilərin vebsaytınıza cəlb edilməsi: İnsanlar Google-da axtarış apardıqda, reklamlarınız axtarış nəticələrində görünə bilər. Beləliklə, siz potensial müştərilərin biznesinizi axtardıqları zaman qarşısına çıxara bilərsiniz.
- Brend tanınırlığının artırılması: Google Ads kampaniyaları sizə daha geniş auditoriyaya çatmağa və brend şüurunuzu artırmağa imkan verir.
- Satışlarınızı və potensial müştəri sayının artırılması: Potensial müştəriləri vebsaytınıza yönləndirmək və onları satış və ya qeydiyyat kimi müəyyən işlər görməyə təşviq etmək üçün bu tip reklamlardan istifadə edə bilərsiniz.
Google Ads kampaniya növləri hansılardır?
Bu platforma müxtəlif məqsədlərə çatmağınıza kömək etmək üçün bir neçə kampaniya növləri təklif edir. Ən çox yayılmış kampaniya növlərindən bəziləri bunlardır:
- Axtarış kampaniyaları (Search Campaign): Bu kampaniyalar insanların Google-da etdikləri axtarışlar əsasında hədəflənir. Reklamlarınız qeyd etdiyiniz açar sözlərlə axtarış edən insanların qarşısında görünür.
- Display kampaniyaları (Display Campaign): Bu kampaniyalar reklamlarınızı vebsaytlar və tətbiqlər arasında yerləşdirmək üçün istifadə olunur. Reklamlarınızı xüsusi maraqları və ya demoqrafiyası olan insanlara yönəldə bilərsiniz.
- Video reklam kampaniyaları (Video Campaign): Bu kampaniyalar video reklamlarınızı YouTube videolarında və digər vebsaytlarda göstərmək üçün istifadə olunur. Video reklamlar brendinizin hekayəsini izah etmək və potensial müştəriləri cəlb etmək üçün əla yoldur.
- Alış-veriş kampaniyaları (Shopping Campaign): Bu kampaniyalar məhsullarınızı Google Shopping nəticələrində göstərmək üçün istifadə olunur. Beləliklə, potensial müştərilər məhsullarınızı birbaşa Google axtarış nəticələrində görə və ala bilərlər.
- Mobil proqram reklamları (App Campaign): App reklamlarında mövcud mobil proqramınızı potensial müştərilərinizə, həmçinin möcvud müştərilərinizə göstərə bilərsiniz. Bu tip reklamlar daha çox app-lərin yüklənmə sayını artırmaq üçün istifadə olunur.
Seçdiyiniz kampaniya növü biznes məqsədlərinizdən asılıdır. Məsələn, veb saytınıza daha çox ziyarətçi cəlb etmək istəyirsinizsə, axtarış kampaniyaları sizə kömək edəcək. Brend tanınırlığını artırmaq istəyirsinizsə, display kampaniyalarını sınaya bilərsiniz.
Google Ads kampaniyası necə yaradılır?
İndi sıfırdan uğurlu Google Ads kampaniyası yaratmaq üçün addım-addım gedək:
- Hesabın yaradılması: Birincisi, Google Ads-də qeydiyyatdan keçməli və hesab yaratmalısınız. Bu proses pulsuzdur.
- Kampaniya məqsədlərinizi müəyyən edin: Google Ads kampaniyanızı yaratmazdan əvvəl nəyə nail olmaq istədiyinizi dəqiq müəyyən etmək vacibdir. Veb saytınıza daha çox ziyarətçi cəlb etmək, marka bilinirliyini artırmaq, mobil proqamı nümayiş etdirmək və ya satışları artırmaq istəyirsiniz? Məqsədlərinizi müəyyən etdikdən sonra bu məqsədlərə əsaslanaraq kampaniyanızı yarada bilərsiniz.
- Kampaniya növünü seçin: Daha əvvəl də qeyd etdiyimiz kimi, Google Ads müxtəlif kampaniya növləri təklif edir. Biznes məqsədlərinizə ən uyğun olan kampaniya növünü seçin.
- Hədəf auditoriyasını müəyyən edin: Reklamlarınızı kimə göstərmək istədiyinizi müəyyənləşdirin. Siz hədəf auditoriyanızı demoqrafik xüsusiyyətlərə, maraqlara, açar sözlərə və ya veb-sayt ziyarət tarixinə əsasən təyin edə bilərsiniz.
- Büdcə və təklifi təyin edin: Google Ads-də reklamlarınızın göstərilməsi üçün büdcə təyin etməlisiniz. Bu büdcə gündəlik və ya ümumi təyin edilə bilər. Siz həmçinin reklamlarınızın görünmə qaydasını təyin edən təkliflər təyin etməlisiniz.
- Reklam yaradın: Google Ads sizə mətn reklamları, şəkil reklamları və video reklamlar daxil olmaqla müxtəlif reklam formatları təklif edir. Hədəf auditoriyanıza ən uyğun olan reklam formatını seçin və göz oxşayan reklamlar yaradın. Unutmayın ki, cəlbedici başlıqlar və təsvirlərdən istifadə klik nisbətinizi artırmaq üçün vacibdir.
- Kampaniyaya başlayın və optimallaşdırın: Kampaniyanızı yaratdıqdan sonra onu işə sala və performansını izləyə bilərsiniz. Google Ads sizə kampaniyanızın klikləmə dərəcəsi, göstərilmə sayını (impression) və dönüşüm nisbəti (conversion) kimi müxtəlif ölçümə metriklərini təklif edir. Bu rəqəmləri araşdıraraq siz kampaniyanızı optimallaşdıra və daha yaxşı nəticələr əldə edə bilərsiniz.
Google Ads kampaniyalarınızı optimallaşdırmaq üçün siz:
- Açar sözlərinizi və auditoriyanızı test edin: Hansı açar sözlərin sizə ən çox dönüşüm verdiyini və hansı auditoriyanın reklamlarınıza ən yaxşı geri dönüş etdiyini yoxlayın. Kampaniyanızda geri dönüş ala bilmədiyiniz açar sözləri və auditoriyaları silə və ya daha aşağı təkliflərlə (bid ilə) hədəfləyə bilərsiniz.
- Reklam mətnlərini sınayın: Hansının ən yaxşı performans göstərdiyini görmək üçün fərqli reklam mətnlərini sınaya bilərsiniz. A/B testi adlanan bu üsul sayəsində ən təsirli reklam mətnlərini təyin etmək daha asandır. Müxtəlif başlıqlar, təsvirlər və ya şəkilləri sınaqdan keçirərək hansı reklamın daha yaxşı çıxış etdiyini müəyyən edə bilərsiniz.
- İlk görsənən səhifələrinizi (Landing page) optimallaşdırın: Reklamlarınıza klikləyən insanların yönləndirildiyi veb səhifələr (açılış səhifələri və ya landing page) istifadəçi təcrübəsi baxımından yaxşı olmalıdır. Açılış səhifələrinizi optimallaşdırmaqla geri dönüş nisbətinizi artıra bilərsiniz.
- Mobilə uyğun reklamlar qurun: Hazırda mobil cihazlardan edilən axtarışların artması ilə mobil uyğun reklamların yaradılması da əhəmiyyət qazanır. Reklamlarınızın mobil cihazlara uyğun olduğundan əmin olmalısınız ki, mobil istifadəçilər onlara daha sürətli və asan daxil ola bilsinlər.
- Remarketinqdən istifadə edin: Remarketinq veb-saytınıza daxil olan insanlara daha sonra baxdıqları digər veb-saytlarda reklamlarınızı göstərməyə imkan verən Google Ads xüsusiyyətidir. Bu yolla siz brendinizə maraq göstərən istifadəçilərlə yenidən əlaqə saxlaya və potensial müştəriləri satışa çevirmək şansınızı artıra bilərsiniz.
- Məkan hədəfləməsindən istifadə edin: Biznesinizin fiziki yeri varsa və ya xidmət göstərdiyiniz ərazi məhduddursa, Google Ads-in məkan hədəfləmə funksiyasından istifadə edərək reklamlarınızı yalnız müəyyən coğrafi yerlərdə göstərmək mümkündür. Bu yolla siz reklam büdcənizdən daha səmərəli istifadə edib sizə ən yaxın olan potensial müştərilərə çata bilərsiniz.
- Mənfi açar sözləri müəyyən edin: Bu reklamlarında kampaniyanızın hansı açar söz axtarışlarında görünməsini istəmədiyinizi təyin edə bilərsiniz. Bu tip açar sözlər mənfi açar sözlər (negative keywords) adlanır. Məsələn, ayaqqabı satırsınızsa, reklamlarınızın “pulsuz ayaqqabı” kimi axtarışlarda görünməsini istəməyə bilərsiniz. Mənfi açar sözlərdən istifadə etməklə siz reklam büdcənizdən daha səmərəli istifadə edə və reklamlarınızın əhəmiyyətsiz axtarışlarda görünməsinin qarşısını ala bilərsiniz.
Google Ads kampaniyalarının faydaları hansılardır?
Google Ads kampaniyalarının biznesinizə gətirə biləcəyi bir çox üstünlüklər var. Bunlardan bəziləri aşağıdakılardır:
- Daha çox veb sayt trafiki: Google reklamları veb saytınıza daha çox ziyarətçi cəlb etməyə kömək edir. Bu yolla siz potensial müştəri bazanızı genişləndirə bilərsiniz.
- Artan brend tanınırlığı: Bu tip kampaniyalar brendinizi daha geniş auditoriyaya tanıdır. Bu şəkildə marka məlumatlılığınızı artıraraq gələcək satışlarınızı və dönüşümlərinizi artıra bilərsiniz.
- Məqsədli reklam: Bu platforma sayəsində reklamlarınızı yalnız brendinizlə maraqlanan şəxslərə göstərmək mümkündür. Bu yolla siz reklam büdcənizdən daha səmərəli istifadə edə bilərsiniz.
- Ölçülə bilən nəticələr: Bu reklamlar kampaniyanızın performansını ölçməyə imkan verir. Beləliklə, hansı reklamların sizin üçün ən yaxşı nəticələr təmin etdiyini görə və kampaniyanızı daim optimallaşdıraraq hədəfinizə daha da yaxınlaşa bilərsiniz.
Google Ads kampaniyaları biznesinizi rəqəmsal dünyada uğurlu etmək üçün güclü vasitədir. Bu məqalədə siz Google Ads kampaniyaları yaratmaq və istifadə etmək üçün lazım olan əsas məqamları öyrəndiniz.
Unutmayın ki, uğurlu Google Ads kampaniyaları yaratmaq vaxt və səy tələb edir. Lakin düzgün strategiya və davamlı optimallaşdırma ilə Google Ads biznesinizin böyüməsinə və məqsədlərinə çatmasına kömək edə bilər.
Google Reklamlarından istifadə edirsiniz? Google Ads kampaniyalarınızla bağlı təcrübənizi şərhlərdə paylaşın!
Bir cavab buraxın