Google Ads axtarış reklamı necə qurulur?
Rəqəmsal dünyada varlığınızı hiss etdirmək və potensial müştərilərə çatmaq istəyirsinizsə, Google Ads platformasının gücündən faydalanmaq vacibdir. Google Ads təklif etdiyi müxtəlif reklam modelləri ilə biznesinizin daha çox müştəriyə çatması üçün ən ideal vasitələrdəndir. Bu tip kampaniyalardan biri də şübhəsiz ki, hər kəsin yaxşı bildiyi axtarış kampaniyalarıdır (search campaign).
Beləliklə, Google Ads axtarış kampaniyalarını necə yaratmaq olar? Bu yazıda sizə addım-addım izah edəcəyik. Hazırsansa, başlayaq!
Axtarış kampaniyaları nədir?
Search campaign və ya axtarış kampaniyaları reklamlarınızın istifadəçilərin Google-da axtarış nəticələrində görünməsinə imkan verir. İstifadəçilər qeyd etdiyiniz açar sözləri axtararkən bu reklamlar axtarış nəticələrinin yuxarısında və ya yanında görünür.
Məsələn, ayaqqabı satıcısısınızsa və “kişi idman ayaqqabısı” açar sözünü hədəfləyirsinizsə, Google istifadəçiləri həmin sözü axtaran zaman reklamınız axtarış nəticələrində görünə bilər. Bu yolla siz birbaşa potensial müştərilərinizə çata və veb-saytınıza trafik çəkə bilərsiniz.
Google Ads axtarış kampaniyasını necə yaratmaq olar?
Bunun üçün nəzər almalı olduğumuz bəzi məqamlar var. Bunlar:
- Kampaniya məqsədinizi müəyyən edin: Birincisi, kampaniyanızın məqsədini aydın şəkildə müəyyənləşdirməlisiniz. Satışlar, veb-sayt ziyarətləri, brend məlumatlılığı kimi nüansları dəqiqləşdirməlisiniz. Məqsədinizi düzgün təyin etmək kampaniyanızın uğuru üçün çox vacibdir.
- Reklam qrupları və açar sözlər: Reklam qrupları əlaqəli açar söz qruplarıdır. Məsələn, ayaqqabı pərakəndə satışı üçün “kişi idman ayaqqabıları”, “qaçış ayaqqabıları” və “basketbol ayaqqabıları” açar sözləri eyni reklam qrupunda qruplaşdırıla bilər. Açar söz seçimi axtarış kampaniyalarının ən vacib addımlarından biridir. Hədəf auditoriyanızın istifadə etdiyi sözləri araşdırmalı və düzgün açar sözləri seçməlisiniz.
- Reklam mətnlərinizi yazın: Reklam mətnləriniz, yəni başlıq və təsvirlər potensial müştərilərinizin görəcəyi mətnlərdir. Bu mətnlərdə siz məhsul və ya xidmətlərinizin üstünlüklərini vurğulamalı və aydın bir çağırış daxil etməlisiniz.
- Açılış səhifənizi müəyyən edin: İstifadəçilər reklamınızı kliklədikdə hara gedəcəklər? Bu zaman istifadəçiləri müvafiq landing page-ə, açılış səhifəsinə yönləndirmək lazımdır. Açılış səhifəniz reklamınızda təklif etdiyiniz məhsul və ya xidmətə diqqət yetirməli və istifadəçiləri hərəkətə keçməyə təşviq etməlidir.
- Təklif strategiyasının (bid strategy) müəyyən edilməsi: Təklif strategiyanız reklamlarınızın nə qədər büdcə və hansı hallarda göstəriləcəyini müəyyən edir. Google Ads sizə müxtəlif təklif strategiyaları təklif edir. Bu strategiyaları nəzərdən keçirməli və sizə ən uyğun olanı seçməlisiniz.
0-dan axtarış kampaniyası (search campaign) yaratmaq
Gəlin bir-bir hər mərhələni ətraflı şəkildə nəzərdən keçirək.
- Google ADS hesabına keçid edirik. Burada əsas səhifədən + işarəsinə basıb daha sonra “campaign” hissəsinə klikləyirik.
- Daha sonra məqsədimizə uyğun kampaniya növünü seçməliyik. Bunun üçün ilk növbədə aşağıdakı şəkildəki kimi sonuncu hissəyə klikləyirik. Biz axtarış reklamları qurduğumuz üçün “search campaign” olan növü seçirik.
- Bidding hissəsinə keçid edirik. Burada da ilkin məqsədimizə uyğun olaraq seçim edirik, məsələn, daha çox klik almaq istəyirik və buna görə də “clicks” seçirik. Bundan əlavə, hər klik üçün maksimum ödəmək istədiyimiz məbləği qeyd edirik.
- Növbəti mərhələ “campaign settings”dir. Burada kampaniyamızın hansı hissədə göstərilməsini seçirik, təkcə “search network” seçməyiniz məsləhətlidir. Daha sonra kampaniyanın göstərilməsini istədiyimiz əraziləri seçirik. Biz Azərbaycan olaraq qeyd etdik, siz biznesinizə uyğun olaraq seçim edə bilərsiniz.
- Ərazi seçərkən diqqət etməli olduğunuz məqam odur ki, seçdiyiniz ərazidə hal-hazırda yaşayan insanları targetinizə əlavə edəsiniz. Həmçinin, bu ərazidə yaşayan insanların hansı dildə axtarış etməsini də seç bilərik. Google azərbaycan dilini dəstəkləmədiyi üçün ingilis, rus və türk dillərini seçməyiniz tövsiyə olunandır.
- Daha sonra hədəf auditoriyanızı da hədəfləyə bilərsiniz. Ancaq axtarış reklamlarında bunu etmək hədəf kütlənizi daha da azaldacaq. Çünki burada əsas məqsəd açar sözlər üzrə hədəfləmə aparmaqdır. Həmçinin burada seçərkən “observation’ hissəsini seçsəniz hədəf kütləniz daha da daralmış olmayacaq. Bu mərhələdə son olaraq kampaniyanızın hansı müddətdə və dövlərdə getməsi kimi nüansları qeyd edə bilərsiniz.
- Daha sonra keçid edirik keyword hədəfləməsinə. Burada saytınızın linkini yazaraq açar sözlər üçün tövsiyələr də ala bilərsiniz. Hədəflədiyiniz və kampaniyanızın həmin açar sözlərdə göstərilməsini istədiyiniz keywordləri qeyd edirsiniz. Məsələn, biz öz veb-saytımıza uyğun açar sözləri qeyd etmişik.
- İlk olaraq isə istifadəçilərin keçid edəcəyi landing page-i seçirik və bu page-i özümüz xüsusi olaraq adlandıra bilərik. Məsələn, burada biz istifadəçiləri prmedia.az/bloq url-nə yönləndiririk, ancaq bu kampaniya zamanı prmedia.az/bloq/ kimi görünəcək. Qeyd etdiyimiz açar sözlərə uyğun olaraq başlıq (headline) və təsvirlər (description) yazmalıyıq. Əsas məqsəd həmin keywordlərdən bu headline və descriptionlarda istifadə etmək, həmçinin istifadəçiləri sayta keçid etməyə sövq etməkdir. Headinglər minimum 3, maksimum 15 ola bilər. Eynilə descriptionlar da minimum 2, maksimum 4 ola bilər. Mümkün qədər hamısını doldurmağınız tövsiyə olunur.
- Həmçinin biznesiniz haqqında ətraflı məlumat üçün sitelink və calloutlardan da istifadə edə bilərsiniz.
- Son mərhələ olaraq kampaniyanızın büdcəsini qeyd etməlisiniz. Bu mərhələ də bitdikdən sonra artıq reklamınızı yayımlaya bilərsiniz.
Vacib qeyd: Son olaraq qeyd etmək lazımdır ki, Google azərbaycan dilini dəstəkləmədiyi üçün sözləri ingilis şriftləri ilə yaza və ya digər dillərdən istifadə edə bilərsiniz.
Axtarış kampaniyalarında uğur qazanmaq üçün məsləhətlər
Axtarış kampaniyalarınızın uğurunu artırmaq üçün bu məsləhətlərə əməl edə bilərsiniz:
- Hədəf auditoriya araşdırması aparın: Kimə çatmaq istəyirsiniz? Hədəf auditoriyanızın kim olduğunu, nə axtardıqlarını və hansı açar sözlərdən istifadə etdiyini bilməlisiniz.
- Mənfi açar sözləri çıxarın: Reklamınızın əhəmiyyətsiz axtarışlarda görünməsini istəmirsiniz, elə deyilmi? Buna görə mənfi açar sözləri exclude (bloklamaq) edə bilərsiniz. Mənfi açar sözlər reklamlarınızın qeyd etdiyiniz sözlərdə görünməməsini təmin edir.
- Reklam uzatmalarından (sitelinks) istifadə edin: Reklam uzantıları və ya sitelinks reklamlarınızın yanında görünən əlavə məlumatdır. Telefon nömrəniz, məkanınız və ya sayt bağlantısı kimi müxtəlif linklərdənistifadə etməklə reklamlarınızı daha zəngin edə bilərsiniz.
- Kampaniyanıza daimi nəzarət edin: Kampaniyanızın performansını mütəmadi olaraq izləyin. Hansı açar sözlərin yaxşı, hansının isə zəif performans göstərdiyini yoxlayın.
- Lazım gördüyünüz yerdə redaktə edin: Kampaniyanızı mütəmadi olaraq izləməyin faydası burada ortaya çıxır. Siz aşağı performans göstərən açar sözləri dayandıra, yeni açar sözlər əlavə edə və ya reklam mətnlərinizi yeniləyə bilərsiniz.
- Split test (A/B test) edin: Hansının daha yaxşı olduğunu görmək üçün müxtəlif reklam nüsxəsini sınaqdan keçirə bilərsiniz. Split test sizə ən effektiv reklam tipini tapmağa kömək edir.
- Peşəkarlardan kömək alın: Google Ads axtarış kampaniyaları vaxt və səy tələb edən bir prosesdir. Əgər kifayət qədər bilikləriniz yoxdursa, öz sahəsində mütəxəssis olan reklam mütəxəssislərindən kömək ala bilərsiniz.
Axtarış kampaniyaları sizə necə kömək edəcək?
Axtarış kampaniyalarının gücünü sübut etmək üçün uğurlu nümunələrdən danışmaq faydalı olardı. Məsələn, yerli restoran sahibi Google ADS axtarış kampaniyaları sayəsində hədəf auditoriyasına çata bildi. Axtarış kampaniyalarında məkan hədəfləmə funksiyasından istifadə edərək, restoranın yerləşdiyi ərazidəki istifadəçiləri hədəfələyib. Bununla da o, öz saytına daha çox ziyarətçi cəlb edib və biznesinin dövriyyəsini artırıb.
Sizin də oxşar uğur hekayəniz ola bilər. Google Ads axtarış kampaniyaları sayəsində siz potensial müştərilərinizə çata, brend tanınırlığını və satışlarınızı artıra bilərsiniz.
Google Ads axtarış kampaniyaları biznesinizi rəqəmsal dünyada fərqləndirmək üçün güclü vasitədir. Bu yazıda biz sizə axtarış kampaniyaları yaratmağın və uğur qazanmağın yollarını izah etdik.
Unutmayın ki, uğurlu axtarış kampaniyası üçün hədəflərinizi düzgün müəyyən etmək, açar söz araşdırması aparmaq və kampaniyanızı mütəmadi olaraq izləmək lazımdır.
1 Şərhlər
Əhməd
Salam. Google ads reklamı vermək istəyirəm. Bütün prosesləri qaydasında edirəm. Desdeklenmeyen dil məsələsində takılıram. Mənim bikdiyim google translate -də istifadə edəcəyim başlıq ve mətinləri orda düsteklenen dildə detect edənəcə kimi düzəliş edib sonra reklam kaompaniyasında müvafiq yerlərdə istifadə edirəm. Amma dəfələrlə etiraz etməyimə baxmayaraq google ads yenə dəatəklənməyən dil kimi alqılayır. Bunun bir başqa yolu varmı? Siz Azərbaycanda yerli səhiflərə google ads-dan reklam verdikdə hansı yollardan istifadə edirsiz? Köməklik göstərə bilərsiniz?
CavabCavab