Biznesinizi onlayna köçürdünüz, lakin veb-saytınız axtarış nəticələrinin yuxarı sıralarında görünmür? Potensial müştərilərinizin sizi axtardıqları zaman tapmasını istəyirsinizsə, doğru yerdəsiniz! Hədəf auditoriyanıza çatmağa və veb-saytınızın bütün potensialından istifadə etməyə imkan verəcək On-Page və Off-Page SEO Xidməti ilə tanış olun!
On-Page SEO, axtarış motorlarında daha yüksək sıralanma və daha uyğun trafik qazanmaq üçün hər bir veb səhifənin optimallaşdırılmasına diqqət yetirir. Mütəxəssislərimiz axtarış motorları üçün tam optimallaşdırılmasını təmin etmək üçün vebsaytınızın strukturunu, məzmununu və HTML mənbə kodunu hərtərəfli təhlil edəcəklər. Açar söz araşdırması və meta title, descriptionların optimallaşdırmasından tutmuş daxili linkləndirməyə qədər biz veb-saytınızın onlayn görünürlüğünü və SEO uyğunluğunu artırmaq üçün strategiyalar həyata keçirəcəyik.
Off-Page SEO axtarış motoru nəticələri səhifələrində (SERPs) sıralamanı yaxşılaşdırmaq üçün veb-saytınızdan kənarda həyata keçirilən fəaliyyətləri əhatə edir. Komandamız biznes məqsədlərinizə uyğunlaşdırılmış xüsusi off-page SEO strategiyası hazırlayacaq. Bura yüksək keyfiyyətli backlinklərin alınması, sosial media ilə əlaqə, onlayn reputasiyanın idarə edilməsi və s. daxildir. Veb-saytınızın tanınırlığı və etibarlılığını artırmaqla biz sizə rəqiblərinizi üstələməyə və daha çox potensial müştəriləri cəlb etməyə kömək edəcəyik.
İndi bizimlə əlaqə saxlayın və SEO konsultasiyasından ödənişsiz yararlanın! Unutmayın ki, sahənizdə uğur onlayn brend quruculuğundan başlayır. On-page və Off-page SEO Xidməti məhz sizin üçündür!